Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimi Fransada ezamiyyətdə olub
06.06.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Fransada ezamiyyətdə olub

AMEA Radiasiya Problemləri İnstitutununSeqnetoelektriklərin radiasiya fizikası laboratoriyasınınrəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı Fransanın Savoie Universitetində, İMEP-LAHC İnstitutunda ezamiyyətdə olub. Ezamiyyətin məqsədi təcrübələr aparmaq, terahers diapazonda ölçülən spektrlərin hesablanması üçün lazım olan kompüter proqramlarını əldə etmək və bu vaxta kimi aparılan tədqiqatların nəticələrinin müzakirəsi idi.

Ezamiyyət zamanı laylı kristalların THs-TDS metodu ilə uzaq infraqırmızı spektrlərin ölçülməsi, optik spektrlərinin hesablanması üçün lazım olan kompüter proqramlarının hazırlanması, THs sahəsində şüalandırma qabiliyyətinə malik olan materialın seçilməsi üçün lazımı ölçmələr və tədqiqatların aparılması və s. işlər yerinə yetirilib.

Qeyd edək ki, tezliyi THs diapazonunda olan elektromaqnit şüaları (T-şüaları) son dövrlər geniş araşdırma obyektidir. Bu diapazonu əhatə edən (terahers) şüalar ətraf mühitin tədqiqində, partlayıcı qurğular, təhlükəli kimyəvi maddələr və narkotik vasitələrin uzaq məsafədən müəyyən olunmasında istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: