Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Tibb və sağlamlıq” nominasiyası üzrə 1-ci, Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Fizika” nominasiyası üzrə 3-cü yerə layiq görülüblər.
İ.Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə”, N.Ömərli və M.Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” adlı layihəsinə görə təltif olunublar.
Sözügedən layihələr AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi altında yerinə yetirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.