www.science.az
17.08.2014 00:00

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Moskvada ezamiyyətdə olub

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor Rövşən Xəlilov 8 iyul - 3 avqust 2014-cü il tarixlərində Moskva şəhərində ezamiyyətdə olub.

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika və Biologiya fakültələrində ezamiyyətdə olan R.Xəlilov MDU-nun alimləri ilə birgə müasir cihaz və üsullarla bağlı bir sira elmi-tədqiqat işlərini yerinə yetirib.

Azərbaycanlı alim, həmçinin universitetdə keçirilmiş “NANO 2014 - Nanostrukturlu materiallar” XII Beynəlxalq konqresdə məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.