www.science.az
06.06.2014 00:00

Almaniyada doktorantura təhsili və elmi-tədqiqat imkanları

Alman Akademik Mübadilə Xidməti (DAAD) və AMEAİnformasiya Texnologiyaları İnstitutu 18 iyun 2014-cü il tarixdə “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfrans və “Elmi-tədqiqata ilk addım” mövzusunda təlim seminarı təşkil edir.

Konfrans: “Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları”

Konfransda Almaniyada doktorantura təhsili almaq və ya elmi-tədqiqat işi aparmaq üçün qəbul prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat veriləcək. Konfransda doktorantlar, dissertantlar, gənc alimlər və magistratura tələbələrinin iştirakı nəzərdə tutulur.

Konfransın proqramı

QEYDİYYAT: Tədbirdə iştirak etmək istəyənlərin 10 iyun 2014-cü il tarixinə qədər qeydiyyatdan keçməsi zəruridir.

• Konfrans ingilis dilində aparılacaq.

• Sertifikat: Konfransda iştirakla bağlı sertifikat verilməsi nəzərdə tutulmayıb.

 

Təlim seminarı: Elmi tədqiqata ilk addım

Təlim seminarında tədqiqat işinin ilkin planlaşdırılması, elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, tədqiqat layihəsinin yazılması, Almaniyadan elmi rəhbər təyin edilməsi, DAAD təqaüdləri və qrantlarına müraciət qaydaları haqqında təlim keçiriləcək.

 

• Təlim Seminarı “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfransın davamı olduğundan təlimdə iştirak üçün əvvəlcə konfransda iştirak etmək zəruridir.

 

• Qeydiyyat üçün:

• “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfransda iştirak etmək üçün buradan qeydiyyatdan keçin

• Təlim seminarında iştirak etmək üçün qeydiyyatdan keçin. Bunun üçün Almaniyada aparmaq istədiyiniz elmi-tədqiqat işi haqqında qeydiyyat formasını (application form) doldurub DAAD Bakı ofisinə (e-mail: info@daad.baku.az) göndərin.

• Təlimdə iştirakınız təsdiqləndiyi halda sizə DAAD rəhbərliyi tərəfindən dəvət məktubu göndəriləcək.

• Qeydiyyat üçün son tarix: 10 iyun 2014-cü il

 

• Sertifikat: Təlim seminarında tam iştirak edənlərə sertifikat veriləcək.

• Dil: Təlim ingilis dilində aparılacaqdır.

• Zəruri məlumatları yükləmək mümkündür:

Konfransın proqramı

• Təlim seminarının proqramı

• Qeydiyyat forması (application form)

Əlavə məlumat üçün science.az/events/DAAD2014 ünvanına müraciət edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.