Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli alimlər Seysmoloji Xidmət Mərkəzinin tədqiqatlarını yüksək qiymətləndiriblər
14.02.2019 14:55
  • A-
  • A
  • A+

Türkiyəli alimlər Seysmoloji Xidmət Mərkəzinin tədqiqatlarını yüksək qiymətləndiriblər

Türkiyənin Kocaeli Universitetinin Mühəndislik fakültəsinin nümayəndələri professor Fadimə Sərtçelik, professor Tekin Yekin və professor İbrahim Sərtçelik AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən nümayəndələr ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin türkiyəli alimlər RSXM-nin apardığı seysmoloji tədqiqatlarla yaxından tanış olduqlarını, bu tədqiqatların beynəlxalq standartlara cavab verdiyini vurğulayıblar.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlərə də toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: