Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar AMEA-da bir sıra tədbirlər həyata keçiriləcək
14.02.2019 14:49
  • A-
  • A
  • A+

Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar AMEA-da bir sıra tədbirlər həyata keçiriləcək

Prezident İlham Əliyevin “Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən AMEA-da bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır. Bu münasibətlə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, FəlsəfəTarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində elmi konfrans və sessiyalar, sərgilər təşkil olunacaq. Həmçinin AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri ilə Cəfər Cabbarlının ev muzeyi birgə respublika miqyasında elmi konfrans keçirəcək.

Bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr olunacaq. Qeyd edək ki, bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.

Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd vardır.

AMEA alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: