Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Cəfər Cabbarlinin şəxsi arxivi rəqəmsallaşdırılır
12.02.2019 13:52
  • A-
  • A
  • A+

Cəfər Cabbarlinin şəxsi arxivi rəqəmsallaşdırılır

Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq, böyük yazıçı və dramaturqun AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına başlanılıb.

XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi və kinossenarist Cəfər Cabbarlının şəxsi arxivində hazırda 2000-dən çox sənəd qorunur. Arxiv materiallarının rəqəmsallaşdırılması həmin sənədlərdə olan məlumatların elektron versiyasını istifadəçilərə çatdırmağı, bununla da orijinalın qorunmasını təmin etməyi nəzərdə tutur. 759 saxlama vahidi təşkil edən arxiv sənədlərinin 39-nun elektron versiyası artıq hazırdır və iş davam edir.

Cəfər Cabbarlının Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsi tərəfindən yaradılan elektronlaşdırılmış sənədli irsi tədqiqatçılarda böyük maraq doğuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: