www.science.az
06.06.2014 00:00

Azərbaycanlı botaniklər Rusiyanın Botanika İnstitutunun 300 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəklər

23-27 iyun 2014-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində V.L.Komarov adına Botanika İnstitutunun 300 illik yubileyi ilə əlaqədar olaraq “Botanika: tarix, nəzəriyyə, praktika” adlı beynəlxalq konfrans keçiriləcək. Sözügedən institutun rəhbərliyinin dəvəti ilə AMEA Botanika İnstitutunun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d. Vüqar Kərimov və Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Vahid Fərzəliyevtədbirdə iştirak edəcəklər.

Qeyd edək ki, tədbir YUNESKO təşkilatının 2014-cü ilin mühüm hadisələri siyahısına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.