Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Quba şəhərində “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika elmi konfransı keçirildi
06.06.2014 00:00
  • A-
  • A
  • A+

Quba şəhərində “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika elmi konfransı keçirildi

Quba rayon Gənclər Mərkəzində AMEA Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərində Tarix İnstitutunun Elmi Şurası və “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika elmi konfransı keçirildi.

Öncə qonaqlar Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev muzeyini ziyarət etdilər.

Konfransı giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tədbirin əhəmiyyətindən söz açaraq, böyük mütəfəkkirin yaradıcılığı barədə ümumi məlumat verdi.

Sonra çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin Abbasqulu Ağa Bakıxanovun yaşadığı dövrün daha dərindən araşdırılması və tədqiqinə xüsusi diqqət yetirdiyini, institutda elmi-tədqiqatların Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aparıldığını qeyd etdi. O, elmi konfransın dövlət başçısının tarix elminə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğuladı. Y.Mahmudov Abbasqulu Ağa Bakıxanovun tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə təblig etdiyi maarifçilik ideyalarının əhəmiyyətini önə çəkdi.

Konfransda professorlar Tofiq Mustafazadə, Şahin Fərzəliyev, Kərim Şükürov,Camal Mustafayev, tarix üzrə fəlsəfə doktorları Hacı HəsənovElçin Qarayev,Şamil RəhmanzadəNərminə Əmirbəyova və başqaları ədibin həyat və fəaliyyəti, onun ədəbiyyat və tarix elminin inkişafındakı rolu barədə məruzələrlə çıxış etdilər.

Tədbir çərçivəsində Tarix İnstitutunda Abbasqulu Ağa Bakıxanov haqqında nəşr edilmiş kitablardan ibarət sərgi də nümayiş etdirildi.

Sonda sərgidə nümayiş olunan kitablar Quba Rayon İcra Hakimiyyətinə hədiyyə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: