Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sözümüz sözdür” adlı publisistik məqalələr toplusu çapdan çıxıb
30.01.2019 10:10
  • A-
  • A
  • A+

“Sözümüz sözdür” adlı publisistik məqalələr toplusu çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabı çap olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev, üz qabığının fotoqrafı Nofəl Ümiddir.

Nəşrdə Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, Akif Səməd, Elşən Əzim və digər müəlliflərin kitabları barədə yazılarla yanaşı, Mikayıl Müşfiq, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Məmməd Aslan kimi şairlərin poemaları haqqında məqalələr toplanıb.

Kitabda, həmçinin gənc yazarların kitablarına həsr edilmiş məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: