www.science.az
11.08.2014 00:00

AMEA Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı ABŞ-da akademik təcrübə keçəcək

AMEA N.Tusi adina Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova ABŞ-ın “CIES” təhsil mərkəzi tərəfindən keçirilən “Fulbright Visiting Scholar” proqramında “Modern methods of statistical data processing on photometry and spectroscopy in physics” layihəsi ilə qalib gəlib. O, bu proqram çərçivəsində 2015-ci il mart ayının sonunadək Qrinsboro Şimali Karolina Universitetində akademik təcrübə keçəcək.

Qeyd edək ki, F.Əlimərdanova, həmçinin Cenevrə (İsveçrə) şəhərində keçirilmiş “EWASS 2014: European Week of Astronomy and Space Science” beynəlxalq konfransının iştirakçısı olub. Konfransda o, “Planet formation processes in the young Solar-type stars” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.