Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda itburnu: cinsi növlər təbii və mədəni şəraitdə” adlı kitab işıq üzü görüb
28.01.2019 10:08
  • A-
  • A
  • A+

“Azərbaycanda itburnu: cinsi növlər təbii və mədəni şəraitdə” adlı kitab işıq üzü görüb

AMEA-nın Dendrologiya institutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları - Zemfira Abbasova, Minarə Həsənova və Samirə Bağırovanın həmmüəllifi olduğu “Azərbaycanda itburnu: cinsi növlər təbii və mədəni şəraitdə” adlı kitab çapdan çıxıb.

Nəşrdə Gülçiçəklilər fəsiləsi və İtburnu cinsinə aid növlər sistematik təhlil edilib, təyinedici açarları, botaniki təsviri, yayılma arealları, onların tarixi inkişafı, endemizmi, yaranma tarixi, filogeniyası, entimologiyası və təssərüfat əhəmiyyəti haqqında məlumatlar verilib. İtburnu cinsinə aid növlər tarixi dövrlərə görə 3 qrupa bölünüb.

Vəsait bioloqlar, botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: