Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycan Kimya" jurnalının yeni sayı çapdan çıxıb
25.01.2019 12:42
  • A-
  • A
  • A+

"Azərbaycan Kimya" jurnalının yeni sayı çapdan çıxıb

"Azərbaycan Kimya" jurnalının 2018-ci il üçün IV sayı işıq üzü görüb.

İngilis dilində dərc edilən nəşrin baş redaktoru AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, məsul katibi həmin müəssisənin şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru Rəna Mirzəyevadır.

Jurnalın bu nömrəsində nüfuzlu alimlərin kimya elminin müxtəlif sahələri üzrə məqalələri yer alıb.

Qeyd edək ki, vəsait ildə 4 dəfə, 3 aydan bir nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: