www.science.az
23.01.2019 15:49

Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyinin ekspozisiyaları ilə tanış olublar

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Duz Muzeyini ziyarət ediblər.

Burada qonaqlara bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılıb və milli mədəni dəyərlərimizin qorunmasında, təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində xüsusi rolu var.

Qeyd olunub ki, muzeydə arxeoloji qazıntılar zamanı aşkarlanan müxtəlif dövrlərə aid daş əmək alətləri, daş çəkiclər, baltalar, o cümlədən Eneolit, İlk Tunc və Dəmir dövrünə aid keramika məmulatları, saxsıdan və gildən hazırlanmış duz qabları və digər eksponatlar nümayiş etdirilir.

Daha sonra bölmə əməkdaşları muzeyin ekspozisiyalarına baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.