Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı keçiriləcək
21.07.2014 00:00
  • A-
  • A
  • A+

“Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı keçiriləcək

15-16 oktyabr 2014-cü il tarixlərdə Bakı şəhərində Neftçilər gününə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya elmləri) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq elmi konfransı keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, AMEA Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın 50-dən çox ölkəsindən gənc alimin iştirakı gözlənilir.

Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirir ki, konfrans çərçivəsində çıxışlar texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırılmışdır. Gənc alim son illər əldə olunmuş ən mühüm elmi nəticələrin məhz fənlərarası elmlərin qovşağında təzahür etdiyini vurğulayır. Qeyd olunur ki, müxtəlif elmlərin təmasında aparılan araşdırmalar yüksək elmi-təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi-tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır. Məhz belə istiqamətlərin olması elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət nəticə verir. Buna görə də, təşkilat komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən tezislərə üstünlük verəcək.

Qeyd edək ki tezislərin son qəbul tarixi 15 sentyabr 2014-cü ildir.

Qeydiyyat formasını buradan əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: