Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Eroziya və Suvarma İnstitutunun əməkdaşları Polşaya dəvət olunub
07.08.2014 00:00
  • A-
  • A
  • A+

Eroziya və Suvarma İnstitutunun əməkdaşları Polşaya dəvət olunub

AMEA Eroziya və Suvarma İnstitutunun (ESİ) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru F.Səlimov Varşava (Polşa) şəhərinə dəvət olunub.

Sentyabrın 14-24-də həyata keçiriləcək səfər Polşanın Texnoloji - Təbiətdən İstifadə İnstitutu ilə AMEA ESİ arasında 2013-cü ildə imzalanmış müqaviləyə əsasən baş tutacaq.

Məqsəd “GİS texnologiyasından istifadə etməklə Azərbaycanda eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması” layihəsi çərçivəsində əldə olunmuş nəticələrin müzakirəsi və gələcəkdə bu sahədə ikitərəfli əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: