Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
18.01.2019 10:19
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya “Genetika” ixtisasından qəbul imtahanı keçirilib.

2 nəfər iddiaçının iştirak etdiyi imtahan uğurla başa çatıb.

Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri, professorlar - Ramiz Əliyev, Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski və biologiya üzrə fəlsəfə doktoru Vüsalə İzzətullayevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: