Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın Naxçıvan Bölməsində “Əli və Nino” romanı müzakirə olunub
17.01.2019 14:33
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində “Əli və Nino” romanı müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən baş tutub.

İclası institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, dünyanın 30-dan çox dilinə tərcümə olunan əsərdə müəllif əcdadlarının adət-ənənələrinə sadiq qalan, vətəni uğrunda həyatını qurban verən gənc Əli və gürcü Ninonun obrazını yaradıb. O, romanda hadisələrin əsasən Bakıda cərəyan etdiyini, həmçinin Əlinin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətindən söhbət açıldığını deyib. O cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Əli və Ninonun birlikdə yenidən Bakıya qayıtması və dövlətin mədəni həyatında fəal iştirakının qələmə alındığını vurğulayıb.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli istiqlal və multikultural düşüncəyə həsr olunan roman” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov və bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru, filologoiya üzrə fəlsəfə doktoru, dosent Sahab Əliyeva çıxış edərək sözügedən romanın dəyərindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: