Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı sərgi açılıb
17.01.2019 13:58
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar sərgi təşkil edib.

Sərgidə kitabxananın fondunda olan “Dünyamızın 20 Yanvar faciəsi”, “Odlar Yurdu Azərbaycan”, “20 Yanvar şəhidləri”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər”, “Yanvar hekayələri”, “Qanlı Yanvardan 15 il keçdi…”, “Davam edir 37”, “Qarabağ ruzigarları”, “Erməni cinayətləri”, “Azərbaycan terrorizmin caynağında”, “Türk dünyası və “Böyük Ermənistan” xülyası”, “Sovet dövründə Azərbaycanın xarici siyasəti” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda əks olunaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.

Sərgi yanvarın 25-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: