18 yanvar 2019-cu il tarixində saat 14:00-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək.
Tədbir çərçivəsində muzeydə mühafizə olunan, həmçinin Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin tələbələri tərəfindən çəkilən rəsmlər nümayiş etdiriləcək.
Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.