Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.01.2019 09:29
  • A-
  • A
  • A+

Professor Hafiz Paşayev Əlyazmalar İnstitutunun qonağı olub

Professor Hafiz Paşayev Əlyazmalar İnstitutunun qonağı olub

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonağa müəssisədə əlyazmaların qorunması, elektronlaşdırılması, tədqiqi və təbliği istiqamətində görülən işlər barədə məlumat verilib.

H.Paşayev daha sonra institutun Ekspozisiya zalındakı sərgiyə baş çəkib, burada nümayiş etdirilən əlyazmalarla tanış olub.

Sonda rektor müəssisənin xatirə kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: