Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirilib
15.01.2019 11:37
  • A-
  • A
  • A+

Tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirilib

Çinə məxsus “Çane-4” kosmik aparatı tarixdə ilk dəfə olaraq Ayda bioloji eksperimenti müvəffəqiyyətlə yerinə yetirib.

www.ria.ru saytının məlumatına görə, eksperimentin keçirilməsi üçün aparılan pambıq çiyidi özünün ilk cücərtilərini verib. Yerə göndərilən fotolarda bitkinin sürətlə böyüyən zoğları əks olunub.

Analoji eksperimentin kartof, raps, həmçinin digər bitki və bioloji növlərlə aparılması planlaşdırılır. Təcrübələrin keçirilməsi üçün Aya torpaq, su və hava aparılıb.

Xatırladaq ki, “Çane-4” bu il yanvarın 3-də Ayın əks tərəfinə enib.

  • Paylaş: