Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkında akreditasiya və kalibrləmə işləri ilə əlaqədar iclas keçirilib
15.01.2019 10:10
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında akreditasiya və kalibrləmə işləri ilə əlaqədar iclas keçirilib

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, müəssisənin laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və müdir müavini Kamal Yusifovun iştirakı ilə iclas keçirilib.

İclasda YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində akreditasiya və kalibrləmə (metrologiya) işləri ilə əlaqədar həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Bildirilib ki, hazırda mərkəzin sınaq laboratoriyasının auditi, o cümlədən əsasnaməsinin və akreditasiya sahəsinin hazırlanması, habelə AZS İSO/İEC 17025-2009 standartının alınması istiqamətində işlər görülür.

N.Şükürov milli akreditasiya əldə olunması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, həmçinin bununla əlaqədar İşçi qrupunun yaradılması barədə tapşırıq verib.

Bundan əlavə, akreditasiya əldə edildikdən sonra laboratoriya barədə daxili və beynəlxalq bazarlarda təqdimatın keçirilməsi, KİV-də təbliğatı tapşırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: