Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Geologiya və Geofizika İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilir
14.01.2019 17:06
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilir

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) fəlsəfə doktorluğu üzrə doktoranturaya müxtəlif ixtisas fənlərindən qəbul imtahanları başlayıb.

İmtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 4 yanvar 2019-cu il tarixli sərəncamına əsasən baş tutub.

Sərəncam çərçivəsində imtahan komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın müxbir üzvü Çingiz Əliyev, üzvləri - geologiya-mineralogiya elmləri doktoru, professor Mənijə İsayeva və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamovdur.

Mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilən qəbul imtahanları yanvarın 18-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: