Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“100 saat astronomiya” tədbiri çərçivəsində “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri təşkil olunub
14.01.2019 16:54
  • A-
  • A
  • A+

“100 saat astronomiya” tədbiri çərçivəsində “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri təşkil olunub

2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir.

İlboyu keçiriləcək bayram tədbirlərində əsas diqqət, astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Təhsil Nazırliyinin Respublika Uşaq–Gənclər İnkişaf Mərkəzi və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən “100 saat astronomiya” tədbiri çərçivəsində məktəblilər üçün “açıq qapı” saatları, “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri təşkil olunub.

Qeyd edək ki, il ərzində “Qadınlar və qızlar astronomiyada”, “Eynşteyn məktəbi” və “Hamı üçün qaranlıq səma” adlı tədbirlərin keçirilməsi də planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: