Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2019 09:43
  • A-
  • A
  • A+

İranlı alimlər Biofizika İnstitutunda məruzə ilə çıxış ediblər

İranlı alimlər Biofizika İnstitutunda məruzə ilə çıxış ediblər

İran İslam Respublikasının Ərdəbil Universitetinin Tibb fakültəsinin alimləri Ruhullah Muradpur və Məhşid Damanda AMEA-nın Biofizika İnstitutunda keçirilən seminarda məruzə ilə çıxış ediblər.

Əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məruzəçilər və tədbirdə müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra R.Muradpurun “Sinergetik şəkildə təzyiqə məruz qalmış Osteosarkomanın yayılması və hüceyrə artımında Mir-143 və doksorubisin ilə kombinasiyalı terapiya” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində Mir-143 və doksirubisinin süd vəzi və osteosarkoma xərçənglərində müalicəvi rolundan bəhs edib.

M.Damanda isə “Sinerqizm effektləri Mir-143 və doksorubisin və döş xərçəngi hüceyrələrində anti-xərçəng fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda məruzəsini təqdim edib. 

Daha sonra iranlı alimlər iştirakçıların suallarını cavablandırıblar.

Seminarda, həmçinin Biofizika İnstitutu, Xəzər Universiteti və Ərdəbil Universiteti arasında gələcəkdə elmi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: