www.science.az
09.01.2019 15:48

Beynəlxalq Muğam Mərkəzinin tədqiqatçısı Hüseyn Cavidin Ev Muzeyində olub

Beynəlxalq Muğam Mərkəzinin (BMM) korifey muğam ustalarının tədqiqatçısı Gülhüseyn Kazımlı AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib.

Məqsəd muzey tərəfindən 2011-ci ildə 13 cilddə çap edilən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” kitabında yer alan nadir materiallardan istifadə etmək olub.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qonağa kitab haqda məlumat verərək bildirib ki, vəsaitdə Ərtoğrul Cavidin topladığı, lakin vəfatı ilə əlaqədar sona çatdıra bilmədiyi Azərbaycanın xalq musiqisinə, muğamlarına və dastanlara aid məlumatlar əksini tapıb. G.Babaxanlı nəşrdə, həmçinin Hacı Hüsü, Cabbar Qaryağdıoğlu və Cəlil Bağdadbəyov kimi xanəndələrə dair maraqlı faktların əks olunduğunu söyləyib.

G.Kazımlı isə öz növbəsində Hacı Hüsü haqqında danışaraq, BMM-də xanəndəyə həsr olunacaq bədii gecədə muzeyin materiallarından istifadə ediləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.