Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.01.2019 14:08
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə 20 Yanvar faciəsinə həsr olunan seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbədə 20 Yanvar faciəsinə həsr olunan seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak edib.

Əvvəlcə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ermənipərəst qüvvələrin və onların SSRİ rəhbərliyindəki havadarlarının məkrli planı nəticəsində Bakıya ordu və xüsusi təyinatlı dəstələrin yeridildiyini, dinc əhaliyə qarşı divan tutulduğunu söyləyib. Qeyd edib ki, 20 Yanvar faciəsi zamanı 146 nəfər xüsusi qəddarlıqla öldürülüb, 744 nəfər yaralanıb və 841 nəfər qanunsuz həbs olunub.

Şöbə rəisi həmin gün beynəlxalq hüquq normalarının kəskin şəkildə pozulduğunu, nəticədə qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçilərinin öldürüldüyünü diqqətə çatdırıb.

Qanlı hadisəyə ilk olaraq öz siyasi münasibətini ümummilli lider Heydər Əliyevin bildirdiyini deyən E.Quliyev ulu öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini vurğulayıb.

O, əvvəlcədən planlaşdırılmış 20 Yanvar faciəsinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin buna nail ola bilmədiklərini söyləyib.

Sonra iclasda 2018-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında Mülki müdafiə və səfərbərlik hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatın hazırlanması) yekunları və 2019-cu il üçün təşkilati göstərişlər barədə akademiya prezidentinin müvafiq sərəncamları barədə müzakirələr aparılıb. E.Quliyev hesabatların elmi müəssisə və təşkilatların kadrlar şöbələri tərəfindən hazırlandığını və ümumiləşdirilərək fevral ayının 1-ə kimi Nazirlər Kabinetinə göndərilməli olduğunu bildirib.

Daha sonra şöbənin baş mütəxəssisi Natiq Mehdiyev hesabatların son vəziyyətinə dair tədbir iştirakçılarını məlumatlandırıb.

Seminarda, həmçinin şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2019-cu il üçün elmi müəssisə və təşkilatlar tərəfindən tərtib olunacaq mülki müdafiə tədbirlər planı barədə məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: