Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Biofizika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu beynəlxalq jurnalda dərc edilib
09.01.2019 11:56
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Biofizika İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Oktay Qasımov və həmin institutun kiçik elmi işçisi Aytac Quliyevanın italiyalı həmkarları ilə birgə AMEA-CNR beynəlxalq qrant layihəsi çərçivəsində həmmüəllifi olduqları məqalə "Thomson Reuters" beynəlxalq bazasında referatlaşdırılmış impakt faktorlu "Macromolecular Chemistry and Physics" jurnalında çapdan çıxıb.

Məqalədə fibroin zülalı əsasında hazırlanmış təbəqələrin rodamin 6G lazer rənginin bərk cisim halında flüoressensiyasını artırdığı göstərilib. Həmçinin yüksək emissiyalı biomateriallar yaratmaq üçün fibroin-rodamin 6G qarşılıqlı təsirlərinin kimyəvi-fiziki təhlili aparılıb.

Qeyd edək ki, bu tədqiqatın aparılması Biofizika İnstitutundakı müasir cihazların vasitəsilə mümkün olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: