Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Parazit qurdların yayılmasında sahibsiz it və pişiklərin rolu” adlı kitab çap olunub
09.01.2019 11:27
  • A-
  • A
  • A+

“Parazit qurdların yayılmasında sahibsiz it və pişiklərin rolu” adlı kitab çap olunub

AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi Reyhan İbrahimovanın “Parazit qurdların yayılmasında sahibsiz it və pişiklərin rolu” kitabı çap olunub.

Yeni nəşr insanların və gövşəyən ev heyvanlarının təhlükəli parazit qurdlarla yoluxmasında sahibsiz it və pişiklərin rolunun müəyyənləşdirilməsinə həsr edilib.

Kitabda, həmçinin insan və gövşəyən ev heyvanlarının patogen parazit qurdlarla yoluxmasının qarşısının alınmasında əhali üçün maarifləndirici məlumatlar əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: