Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib
05.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib.

İnstitutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirdə Elmi Şuranın yeni tərkibinin müəyyənləşdirilməsi, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 75 illik yubileyinin qeyd edilməsi ilə bağlı müzakirələr aparılıb.

N.İmanov elmi müəssisənin fəaliyyət istiqamətləri, strukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb, təklif və tövsiyyələrini bildirib.

“Azərbaycan iqtisadiyyatının struktur prioritetləri haqqında” mövzusunda məruzə ilə çıxış edən institut direktoru iqtisadiyyatın prioritet hesab edilən sahələrini müqayisəli üstünlüklər baxımından qiymətləndirib, həmin sahələrin düzgün müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Məruzə ilə bağlı çıxış edən akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvləriŞahbaz Muradov, Ağasəlim Ələsgərov, Akif Musayev və Əli Nuriyev, professorlarRəna Sultanova, Tofiq Hüseynov və Ağadadaş Qafarov iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş bu kimi elmi məruzələrin Elmi Şurada dinlənilməsini yüksək qiymətləndiriblər.

Sonda bir sıra cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: