www.science.az
04.06.2014 00:00

Azərbaycan alimləri Minskdə keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları - Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadə və Sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Azər Mustafayev mayın 27-dən 28-dək Minskdə (Belarus) keçirilmiş “Din və təhsil dünyəvi cəmiyyətlərdə: təcrübə və perspektivləri” beynəlxalq elmi konfransında iştirak ediblər.

Belarus Milli Elmlər Akademiyası və Dini İşlər üzrə Səlahiyyətli Məşvərətçi Konfesiyalararası Şuranın təşkil etdiyi konfransa müxtəlif ölkələrdən olan 120-dən çox alim qatılıb.

Tədbirdə Aydın Əlizadə “İslamda aparılan islahatlar və onun ideoloji cəhətdən əsaslandırılması yolları” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.