Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yer sakinləri ecazkar səma hadisələrinin şahidi olacaqlar
10.12.2018 14:43
  • A-
  • A
  • A+

Yer sakinləri ecazkar səma hadisələrinin şahidi olacaqlar

Dekabrın 14-də Yer sakinləri Geminid “ulduz yağışı”nın şahidi olacaqlar. Geminid ilin ən güclü meteor düşməsidir və bu zaman “ulduz yağışı”nın sayının daha çox (saatda 120) olacağı gözlənilir. 

Dekabrın 22-də isə Ursida meteor axını müşahidə olunacaq. Bu zaman saatda 10 “düşən ulduz” gecə səmasını bəzəyəcək.

www.mk.ru saytı xəbər verir ki, dekabrın 16-da isə 46P /Virtanen kometası Yerdən minimum məsafədə olacaq. Belə ki, dekabrın 13-dən başlayaraq kometa Günəşə ən yaxın yanaşma nöqtəsindən keçəcək və üç gün ərzində onunla planetimiz arasındakı məsafə 11,5 milyard kilometr olacaq. Bu zaman kometa gecə göy üzündə olduqca böyük və parlaq bir nöqtə kimi görünəcək.

Qeyd edək ki, "46P / Virtanen" kometasını "qışın kometa" və ya "2018-ci ilin əsas kometası" adlandırırlar.

  • Paylaş: