Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının həmmüəllifi olduğu layihə “Bakutel-2018” sərgisində nümayiş olunur
06.12.2018 09:20
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının həmmüəllifi olduğu layihə “Bakutel-2018” sərgisində nümayiş olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin əməkdaşı Aydın Qurbanlının “Gonex” layihəsi “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş olunur.

Qeyd edək ki, “Gonex” gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər.

A.Qurbanlının Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Adil Qafarlı ilə birgə hazırladığı “Gonex” layihəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: