Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türkiyəli tədqiqatçı Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda məruzə ilə çıxış edib
05.12.2018 09:46
  • A-
  • A
  • A+

Türkiyəli tədqiqatçı Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda məruzə ilə çıxış edib

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda Türkiyənin “Vestel” Müdafiə Sənayesi şirkətinin tədqiqatçısı, professor Sadiq Quliyev “Qatı oksid yanacaq elementləri” mövzusunda məruzə ilə çıxış edib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək iştirakçılara Türkiyənin tanınmış “Vestel” Müdafiə Sənayesi şirkəti barədə ətraflı məlumat verib. Alim bildirib ki, bu şirkətin tədqiqatçısı, professor S.Quliyevin Bakıya dəvət olunmasında məqsəd iki qurumun gələcək fəaliyyəti, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda, təcrübə mübadiləsinin təşkili ilə bağlı məsələlər barədə müzakirələr aparmaqdır.

Sonra S.Quliyev məruzəsini təqdim edib. O, kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsini reallaşdıran yanacaq elementlərindən, bu sahədə apardıqları tədqiqat işlərindən danışıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, birgə elmi araşdırmaların aparılmasının mümkünlüyü qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: