Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Akif Əlizadə Sankt-Peterburqa səfəri zamanı "Fırça və qələm" sərgisinin açılışında iştirak edib
04.12.2018 11:37
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Sankt-Peterburqa səfəri zamanı "Fırça və qələm" sərgisinin açılışında iştirak edib

Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda çərçivəsində Sankt-Pterburqun Dövlət Ermitajında "Fırça və qələm. Şərq Əlyazmaları İnstitutunun 200 illik kolleksiyası" sərgisinin açılışı olub.

Sankt-Peterburqa səfər edən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti sərginin açılışında iştirak edib.

Sərgidə REA-nın Şərq Əlyazmaları İnstitutunun kolleksiyasına aid iki yüzdən çox albom, əlyazma və ağac kəsilişi nümayiş etdirilib. 

Sərginin əsas eksponatı müxtəlif dövrlərdə fars və hind sənətçilərinin xəttatlıq və miniatür əl işlərinin toplandığı “Murakka” albomudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: