www.science.az
04.06.2014 00:00

Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb

AMEA İdarəetmə Sistemləri institutunda ABŞ-ın Stanford Universitetinin professoru Raif Rüstəmovun “Həndəsi verilənlərin analizi” mövzusunda seminarı keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Telman Əliyev və professor Raif Rüstəmov gələcəkdə İdarəetmə Sistemləri İnstitutu və ABŞ-ın Stanford Universiteti arasında əlaqələrin yaradılması, elmi layihələrdə birgə iştirak və digər məsələlər ətrafında müzakirələr aparıblar.

Seminarda institutun Gənc alim və mütəxəssislər şurasının sədri Samir Rüstəmov alimin əldə etdiyi nailiyyətlərdən söz açıb.

Seminar iştirakçıları alimin üçölçülü obyektlərin xassələrinin riyazi alqoritmlər vasitəsilə öyrənilməsi barədə məruzəsini maraqla qarşılayıblar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.