www.science.az
30.11.2018 11:04

Çinli mütəxəssislər AMEA-nın Şəki Regional Elmi Mərkəzində olublar

Çin Xalq Respublikasının Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun əməkdaşları Vang Xiangyu, Lou Qinian, Vang Zhaohong, Zou Deqing və Tang Venqia AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) olublar.

Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü ilə görüşən qonaqlar ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr mübadiləsinin aparılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinə dair müzakirələr aparıblar.

Daha sonra çinli mütəxəssislər ŞREM-in Tut ipəkqurdunun seleksiyası şöbəsində və Genefond bağında görülən işlərlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.