Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AHİ ilə Türkiyənin Pedaqoqlar Birliyi Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb
29.11.2018 14:20
  • A-
  • A
  • A+

AHİ ilə Türkiyənin Pedaqoqlar Birliyi Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov Türkiyənin paytaxtı Ankara şəhərində ezamiyyətdə olub.

Alim səfər çərçivəsində Məmur Həmkarlar Konfederasiyasını ziyarət edib, bir sıra görüşlər keçirib, müzakirələr aparıb.

Daha sonra konfederasiyaya üzv olan Pedaqoqlar Birliyi Həmkarlar İttifaqı ilə AHİ arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə informasiya mübadiləsi aparmaq, konfranslarda iştirak etmək, həmkarlar ittifaqının aktual problemləri ilə bağlı birgə seminarlar təşkil etmək və bu istiqamətdə əməkdaşlığı genişləndirmək nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: