Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AMEA-nın müvafiq elmi müəssisələri ilə əlaqələri genişlənir
03.06.2014 00:00
  • A-
  • A
  • A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AMEA-nın müvafiq elmi müəssisələri ilə əlaqələri genişlənir

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli AbbasovAMEA İdarəetmə Sistemləri İnstitutunda olub.

İnstitutun direktoru, akademik Telman Əliyev elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, patentlər, xaricdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələr, institutun təklif etdiyi layihələr, hazırlanmış cihazlar, qurğular və s. haqqında ətraflı məlumat verib.

Ə.Abbasov institutda yaradılmış anomal seysmik proseslərin monitorinqi üçün “Robust Noise Monitoring” stansiyaları şəbəkəsinin (RNM ASP) işi ilə tanış olub.

Qum adasında, Şirvan, Naftalan şəhərlərində, Siyəzən, Neftçala, Qazax rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Türkmənistan Respublikasının ərazisində, İdarəetmə Sistemləri İnstitutunun sığınacaq yerində 5 metr dərinlikdə yerləşdirilmiş quyu və bu stansiyalardan qəbul olunan anomal seysmik proseslərin siqnallarının qəbulu və emal edilməsi prosesi barədə məlumat verilib.

Nazir anomal seysmik proseslərin monitorinqi üçün “Robust Noise Monitoring” stansiyaları şəbəkəsinin (RNM ASP) böyük əhəmiyyət kəsb etdiyini, institutda təklif edilən nəzəriyyələrin və texnologiyaların dünya miqyasında qəbul edildiyini və qlobal məsələlərə həsr olunduğunu, bu işlərin geniş miqyasda tətbiq edilməsi üçün innovativ sahibkarlığın və elmin kommersiyalaşdırılmasının vacib olduğunu qeyd edib.

Ə. Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-ARDNŞ - AMEA arasında birgə əsaslandırılmış layihələrin tərtib edilməsi və bu layihələr üzrə qurğuların texnoparklarda kütləvi şəkildə hazırlanması təklifini irəli sürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: