Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olublar
19.11.2018 13:59
  • A-
  • A
  • A+

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olublar

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, a.e.ü.f.d. Vüqar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub.

Əvvəlcə İSİ-nin direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi qurumda yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.

Qonaqlar institutda həyata keçirilən “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi” və “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azadılması məqsədi ilə intellektual seysmo-akustik erkən xəbərdarlıq sisteminin yaradılması” layihələri ilə tanış olublar. 

Sonda əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: