www.science.az
03.06.2014 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Böyük Britaniyada həyata keçirilən layihədə iştirak edəcək

AMEA Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru

Aydın Əsgərov

 “Dünya canlıları konspekti”nin hazırlanması üzrə layihədə iştirak etmək üçün Böyük Britaniyaya dəvət olunub. Dəvət məktubunu dünyanın tanınmış alimlərinin iştirakı ilə Böyük Britaniyada həyata keçiriləcək ITIS layihəsinin icraçı direktoru imzalayıb.

Qeyd edək ki, alim həmçinin ABŞ-ın “Journal of Agricultural Science and Technology” (Kənd Təsərrüfatı Elm və Texnologiya jurnalı) redaksiyasına ekspert seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.