Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları Berlində keçirilən sərgidə nümayiş etdirilir
14.11.2018 14:05
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları Berlində keçirilən sərgidə nümayiş etdirilir

Berlində Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan sərgi keçirilib.

Sərgidə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində AXC-nin siyasi, iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu, təhsil, elm və mədəniyyət sahəsinə dair saxlanılan tarixi eksponatlar, eləcə də stendlər, sənədli filmlər və fotolar da nümayiş etdirilir.

Belə ki, sərgidə tamaşaçıların diqqətini cəlb edən eksponatlar sırasında parlamentin açılışına həsr olunan xatirə medalı, AXC-nin pul vahidləri olan əskinaslar, Hərbi Nazir general Səməd bəy Mehmandarov və onun müavini general Əliağa Şıxlinskiyə aid şəxsi əşyalar, bəstəkar Müslüm Maqomayevə məxsus dirijor çubuğu, üzərində Cümhuriyyətin rəmzləri olan xəncər, poçt markaları, xeyriyyəçilər - Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevə məxsus bank kağızları və s. qeyd oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: