Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Konstitusiya Gününə həsr olunub
12.11.2018 12:38
  • A-
  • A
  • A+

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Konstitusiya Gününə həsr olunub

AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunub.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ümummilli lider Heydər Əliyevin respublikada yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlərə, demokratik dəyişikliklərə nəzər salıb, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlardan danışıb. İ.Hacıyev ulu öndər Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyanın yaradıldığını və Konstitusiya layihəsinin hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldığını diqqətə çatdırıb. Bildirib ki, 12 noyabr 1995-ci ildə keçirilən referendumda 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiya qəbul olunub.

Akademik yeni Konstitusiyanın qəbul edilməsilə ölkədə demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün hüquqi əsasın yarandığını vurğulayıb.

Bölmə sədri, həmçinin ötən 23 il ərzində Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişiklərdən də söz açıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: