www.science.az
08.11.2018 11:12

MEK-in Nadir fondunun elektron reyestrinə yeni kitablar daxil edilib

Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 20 kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir kitab fondunda mühafizə olunur. Sözügedən nəşrlər fondun elektron reyestrinə “Kitab abidələri” adı altında daxil edilib.

Bunlardan nəşr tarixinə görə, 1508-ci ildə Leonardo Bruni tərəfindən qədim latın dilində çap olunmuş “Oeconomicorum Aristotelis libellı co mentariıs Leonardi Aretini” kitabı seçilir. Kitab cəmiyyətdə insanlar arasında müxtəlif münasibətlərdən, etik normalardan və mənəviyyatdan bəhs edir.

“Kitab abidələri” siyahısına ən böyük ölçülərə malik Edvard Stebbingin “The holy carpet of the mosque at Ardebil” (1893) kitabı, “Aegypten in bild und wort” (1879), Karl Stieler, Voldemar Kaden və Eduard Paulusun “İtalien: eine Wanderung von den Alpen bis zum Aetna” (1880), Platon Zubovun “Карабахский астролог, или основание крепости Шуши в 1752 году” (1834), “Кавказ и его горские жители” (1846), “Монеты Восточного Халифата” (1873), Moisey Kalankatuyskiyə məxsus “История агван” (1861), “История ислама с основания до новейших времён” (1895), “Статьи из энциклопедии, принадлежащие Турции: содержащий статьи светские, то есть придворные, военные и гражданские” (1769) və digər qədim nəşrlər daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.