Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2018 10:22
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında keçirilən seminarda Günəş fəallığının komet axtarışında rolundan bəhs olunub

Şamaxı Astrofizika Rəsədxanasında keçirilən seminarda Günəş fəallığının komet axtarışında rolundan bəhs olunub

Noyabrın 7-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Rəsədxananın Bakı bölməsində baş tutan tədbiri giriş sözü ilə bu qurumun elmi işlər üzrə direktor müavini, f-r.ü.f.d Elçin Babayev açaraq astroseminar haqqında məlumat verib.

Sonra ŞAR-ın baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Mühəndislik Universitetinin əməkdaşı Həzi Qasımovun birgə hazırladıqları "Yeni kometlərin tapılmasında Günəş fəallığı faktoru" adlı məruzə dinlənilib. 

Müəlliflər 11 illik Günəş fəallığının komet axtarışında rolunu əks etdirən hesablamaların nəticələrini qrafik və cədvəllər şəklində təqdim ediblər.

Sonda iştirakçıları maraqlandıran məqamlarla bağlı diskussiyalar aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: