Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyənin tanınmış folklorşünas alimləri AMEA-nın Folklor İnstitutunda olublar
06.11.2018 11:05
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış folklorşünas alimləri AMEA-nın Folklor İnstitutunda olublar

Türkiyənin tanınmış folklorşünas alimləri, professorlar Nail Tan və Hayrettin İvgin, Avrasiya Qurumunun rəhbəri Bahreddin Güney və “Vektor” nəşrlər evinin direktoru, professor Elçin İsgəndərzadə AMEA Folklor İnstitutunda olublar.

Qonaqları salamlayan institutun direktoru, akademik Muxtar İmanov bu yaxınlarda Qırğızıstanda onlarla birgə iştirak etdiyi beynəlxalq konfransı xatırladıb, tədbirlə bağlı təəssüratlarını bölüşüb.

Görüşdə Türk dünyasının ortaq lətifə qəhrəmanı Molla Nəsrəddin, aşıq sənəti, dastanlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Akademik M.İmanov “Dastan gecələri” layihəsi əsasında bir neçə dastanın ictimaiyyətə tədqim olunduğunu deyərək, gələcəkdə Qars-Ərdahan bölgəsinin aşıqları ilə əməkdaşlıq əlaqələrinin qurulacağına əminliyini ifadə edib.

Daha sonra o, Folklor İnstitutunda nəşr olunmuş yeni kitabları qonaqlara hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: