www.science.az
21.05.2014 00:00

Azərbaycanlı alimlər İranda keçirilmiş beynəlxalq simpoziumda iştirak ediblər

AMEA əməkdaşları Tehranda Əllamə Təbətəbai Universitetində “Türk-İran dil və ədəbi əlaqələr” mövzusunda keçirilmiş II Beynəlxalq simpoziumda iştirak ediblər.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və komparativistika şöbəsinin müdiri, fil.ü.e.d. Şəfəq Əlibəyli “Füzulinin farsca divanının özəllikləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Kübra Quliyeva “Türk dilindən fars dilinə keçən sözlər”, Əlyazmalar İnstitutunun əməkdaşı Qətibə Vaqifqızı “ İran və türk mədəni əlaqələr kontekstində dini tərcümə əsərləri” mövzusunda məruzələrlə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə, həmçinin Azərbaycandan Xəzər Universitetinin fars dili müəllimi Zivər Hüseynli də iştirak edərək, “Fars dilinə türk dilindən keçmiş əşya adları” adlı məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.