Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ADNSU-da akademik Yusif Məmmədəliyevin adını daşıyan auditoriyanın açılışı olub
01.11.2018 17:01
  • A-
  • A
  • A+

ADNSU-da akademik Yusif Məmmədəliyevin adını daşıyan auditoriyanın açılışı olub

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Yusif Məmmədəliyev adına auditoriyanın açılışı olub.

Tədbir iştirakçıları auditoriyanın qarşısında böyük alimə həsr olunmuş stendə tamaşa ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı görkəmli alim, Dövlət Mükafatı laureatı, akademik Yusif Məmmədəliyevin Azərbaycan elmində tutduğu mövqedən, neft kimyası sahəsinə gətirdiyi yeniliklər və ixtiralardan danışıb.

Sonra çıxış edən AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov görkəmli alimin elmi-ictimai fəaliyyəti, Azərbaycan kimya elminə verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, Yusif Məmmədəliyevin əsas elmi fəaliyyəti neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, Azərbaycanda neft kimyasının əsasını qoyub. Y.Məmmədəliyev Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində mühüm işlər görüb. 

Universitetin professoru Yunis Qəhrəmanlı isə çıxışında kimyaçı alimin bioqrafiyası və keçdiyi həyat yolunu xatırladıb.

Sonda akademikin qızı, Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva ailə üzvləri adından atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: