Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Özbək xalq şeirindən seçmələr” kitabının III cildi işıq üzü görüb
21.05.2014 00:00
  • A-
  • A
  • A+

“Özbək xalq şeirindən seçmələr” kitabının III cildi işıq üzü görüb

AMEA Folklor İnstitutu tərəfindən “Türk xalqları folkloru” seriyasından “Özbək xalq şeirindən seçmələr” kitabının III cildi işıq üzü görüb.

Layihənin rəhbəri institutun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu, elmi məsləhətçiləri fil.ü.e.d. Şamirzə Turdimov, fil.ü.f.d. Yaşar Qasımbəyli, özbəkcədən çevirən, ön söz və izahların müəllifi fil.ü.f.d. Akif Azalp, redaktoru isə Afaq Zeynallıdır.

Topluda zəngin şifahi ənənələrə malik olan özbək xalq şeirinin müxtəlif janrlarına aid seçmə nümunələr öz əksini tapıb. Nəşrin sonunda izahlar və lüğət təqdim olunur.

Qeyd edək ki, bu silsilədən “Krım-tatar xalq şeirindən seçmələr” və “Tuva xalq nağılları” kitabları nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: